Avropa çempionatı: Azərbaycan millisi Macarıstanla heç-heçə edib
Qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində ilk görüşünü keçirib.
Mediasport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşçqçisi olduğu seçməmiz səfərdə Macarıstan yığması ilə qarşılaşıb.
İlk dəfə B liqasında mübarizə aparan yığmamız matçdan 1 xalla ayrılıb.
Komandamız aprelin 9-da Bakıda İsveçrə millisini qəbul edəcək.
Qrupun digər matçında Türkiyə millisi bu dəqiqələrdə İsveçrəyə uduzur (0:1).
Avropa çempionatı. Seçmə mərhələ. B Liqası. 1-ci tur
19:45 Macarıstan - Azərbaycan 1:1
Qollar: Henrietta Şizar, 44 - Sevinc Cəfərzadə, 74-pen.
Baş hakim: Kristi Doul
Baş hakimin köməkçiləri: Sofi Denninqton, Rubi Sukes
Dördüncü hakim: Emili Heslip (hamısı İngiltərə)
"Şent Gellert Forum" stadionu.