Dünya çempionu həbs qərarına görə ölkəyə qayıtmaqdan imtina etdi
Qazaxıstanda keçirilən Dünya çempionatına hicabsız qatıldığı üçün iranlı şahmatçı Sarasədat Xademəlşəriyə barəsində həbs qərarı çıxarılıb.
mediasport.az xəbər verir ki, 26 yaşlı qrossmeyster buna görə vətəninə qayıtmayaraq İspaniyaya sığınıb.
İran yığmasının heyətində dəfələrlə Şahmat Olimpiadasında iştirak etmiş Sarasədat Xademəlşəriyə 12 və 16 yaşadək qızlar arasında Dünya çempionu olub.