Qurban Qurbanovdan kubokun finalı öncəsi FƏRQLİ SEÇİM

Qurban Qurbanovdan kubokun finalı öncəsi FƏRQLİ SEÇİM

Azərbaycan Kubokunun iyunun 2-də keçiriləcək final oyunu öncəsi mətbuat konfransları və açıq məşqin vaxtı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, ölkə çempionu "Qarabağ" baş məşqçi Qurban Qurbanovun istəyi əsasında matçöncəsi media üçün açıq məşqə çıxmayacaq.

"Zirə"nin mətbuat nümayəndələri üçün açıq məşqi isə görüşdən bir gün əvvəl saat 18:00-da start götürəcək.

Nominal meydan sahibi Ağdam klubunun baş məşqçisinin mətbuat konfransı saat 16:30-da başlanacaq.

“Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov jurnalistlər önünə 17:30-da çıxacaq.

Oyunöncəsi mətbuat konfransları və açıq məşq “Liv Bona Dea Arena”da baş tutacaq.