FİFA prezidentindən "Qarabağ"a: "Klubdakı hər kəslə fəxr edə bilərsiniz"

FİFA prezidentindən "Qarabağ"a: "Klubdakı hər kəslə fəxr edə bilərsiniz"

Dünya futbol təşkilatı FİFA-nın prezidenti Canni İnfantino "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.

mediasport.az xəbər verir ki, qurum rəhbəri bununla əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.

Məktubun məzmununu diqqətinizə çatdırırıq:


“Qarabağ” FK-ya təbrik

Hörmətli prezident,

“Qarabağ” FK-nı 2022/2023-cü illər mövsümündə Azərbaycanın çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm!

Bu titul komandanın zəhməti, ehtirası və fədakarlığı olmadan əldə edilə bilməzdi. Klubdakı hər kəslə fəxr edə bilərsiniz. Bu böyük nailiyyətdə əməyi keçən hər kəsə mənim təbriklərimi çatdırın.

Fürsətdən istifadə edərək sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropada futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm. Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm.

Hörmətlə,

Canni İnfantino