Millimiz MOİK və “İmişli” ilə yoxlama matçları keçirəcək

Millimiz MOİK və “İmişli” ilə yoxlama matçları keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə təlim-məşq toplanışı üçün 23 futbolçu çağırılıb.

mediasport.az xəbər verir ki, baş məşqçi Aqil Nəbiyev Bakıda təşkil olunacaq seleksiya xarakterli hazırlıq dönəmində ümumilikdə 11 klubun oyunçusunu sınaqdan keçirəcək.

Millidə ən çox futbolçu ilə “Qarabağ” və “Səbail” təmsil olunurlar. Bu klubların hər biri avqustun 22-dən 24-dək baş tutacaq toplanışa 4 futbolçu göndərib. Yığma bu müddətdə I Liqa təmsilçisi MOİK və “İmişli” ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.

U-19-un heyəti: Nicat Məmmədzadə, Zaman Zamanlı, Adəm Topalov, İftixar İbrahimov (hamısı “Səbail”), Emil Bünyadzadə, Uğur Səfərov, İbrahim İbrahimli, Nihad Mehrəliyev (hamısı “Qarabağ”), Hüseyn Hüseynov, Altayturan Bektaşoğlu, Əsəd Əsədli (hamısı “Turan Tovuz”), İlkin Budaqov, Kənan Baxışov, Xəyyam Məmmədli (hamısı “Qəbələ”), Səlim Həşimov, Ömər Qurbanov (hər ikisi “Zirə”), Elgün Dünyamalıyev, Yaqub Yusubov (hər ikisi “Sabah”), Davud Şabanov (“Zaqatala”), Saleh Süleymanov (“Cabrayıl”), Arzu Atakişiyev (“Kəpəz”), Nihad Əliyev (“Neftçi”), Sənan Muradlı (“Sumqayıt”).