Rakitiç Ərəbistan klubuna keçib
"Sevilya"dan ayrılan İvan Rakitiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Mediasport.az xəbər verir ki, o, "Əl-Şabab"a keçib.
Xorvatiyalı yarımmüdafiəçi ilə 2020-ci ilin yayından "Sevilya"da çıxış edirdi.
35 yaşlı futbolçu "Barselona", "Şalke" və "Bazel"də də top qovub.