"İmperator" ləqəbli Fatih Terimə "həvalə edilən klubsuz ulduzlar"
"Transfermarkt" portalı hazırda azad agent statusu daşıyan futbolçulardan ibarət simvolik "11-lik" təşkil edib.
Mediasport.az xəbər verir ki, rəmzi komandanın baş məşqçi vəzifəsi "imperator" ləqəbli Fatih Terimə "həvalə edilib".
Komandanın ümumi dəyəri 16 milyon avrodur.
Azad agent statusu daşıyan futbolçulardan ibarət simvolik "11-lik":
Qapıçı: Keylor Navas (1 milyon avro)
Müdafiəçilər: Serxio Ramos (1,8 milyon avro), Simon Kyaer (1 milyon avro), Serji (2,5 milyon avro)
Yarımmüdafiəçilər: Rafinya (3 milyon avro), Xavyer Pastore (200 min avro), Erik Çupo-Motinq (1,8 milyon avro), Dele Alli (3,5 milyon avro), Antonia Kandreva (600 min avro)
Hücumçular: Aleşandre Pato (250 min avro), Mario Balotelli (500 min avro)