Şeydayev milyon dollar müqabilində Tailand klubu ilə müqavilə bağladı
Ramil Şeydayevin “Qarabağ”dan ayrılacağı dəqiqləşib.
mediasport.az xəbər verir ki, milli komandamızın futbolçusu illik 1 milyon dollar maaş müqabilində Tailandın son çempionu “Buriram Yunayted”lə 2 illik müqavilə bağlayıb.
Tərəflər ilkin anlaşmaya imza atıblar. Futbolçuların son klubu ilə müqaviləsinin müddətinin bitməsinə 6 ay qalmış başqası ilə danışmaq və ilkin müqavilə bağlamaq hüququ var. Şeydayev də bu fürsətdən istifadə edib. Ramil mövsüm yekunlaşan kimi anlaşmasını rəsmiləşdirəcək.
Son mövsümüm “Banqkok Yunayted”dən 10 xal öndə bitirən bu klub 1970-ci ildə yaradılıb. Masatada İşiinin baş məşqçi olduğu komanda oyunlarını 32 600 tamaşaçı tutumu olan “Çanq Arena”da keçirir. Əsasən yerli futbolçulardan qurulan komandanın heyətində Venesuela, Portuqaliya, Yaponiya və Braziliyadan (2) legionerlər var (futbolinfo.az).