Azərbaycan 2-ci Liqası: Bir neçə klub və futbolçu cəzalandırıldı

Azərbaycan 2-ci Liqası: Bir neçə klub və futbolçu cəzalandırıldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıda Azərbaycan 2-ci Liqasının oyunları zamanı baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.

8 sentyabr 2024-cü il tarixində 2-ci Liqanın 2-ci turunun "Lerik" - "Şəki Siti" oyununda "Lerik" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Lerik" komandası 70 manat cərimə edilir (maddə 37);

8 sentyabr 2024-cü il tarixində 2-ci Liqanın 2-ci turunun "Lerik" - "Şəki Siti" oyununun 67-ci dəqiqəsində "Lerik" komandasının 11 nömrəli futbolçusu Vasif Fərəcov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Lerik" komandası 50 manat cərimə edilir (maddə 36.5);

8 sentyabr 2024-cü il tarixində 2-ci Liqanın 2-ci turunun "Lerik" - "Şəki Siti" oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə "Lerik" komandası 50 manat cərimə edilir (maddə 70.1);

8 sentyabr 2024-cü il tarixində 2-ci Liqanın 2-ci turunun "Füzuli" - "Qusar" oyununun 74-cü dəqiqəsində "Qusar" komandasının 11 nömrəli futbolçusu Sərxan Ağayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Qusar" komandası 50 manat cərimə edilir (maddə 36.5);

8 sentyabr 2024-cü il tarixində 2-ci Liqanın 2-ci turunun "Şimal" - "Ağdaş" oyununda "Şimal" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Şimal" komandası 70 manat cərimə edilir (maddə 37);

8 sentyabr 2024-cü il tarixində 2-ci Liqanın 2-ci turunun "Şəmkir" - "Hypers Guba" oyunu bitdikdən sonra "Şəmkir" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə "Şəmkir" klubu 80 manat cərimə edilir (maddə 52.1);

8 sentyabr 2024-cü il tarixində 2-ci Liqanın 2-ci turunun "Şəmkir" - "Hypers Guba" oyununda "Şəmkir" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Şəmkir" klubu 150 manat cərimə edilir (maddə 52.2);

8 sentyabr 2024-cü il tarixində 2-ci Liqanın 2-ci turunun "Şəmkir" - "Hypers Guba" oyununun 60-cı dəqiqəsində "Hypers Guba" komandasının 44 nömrəli futbolçusu Rəhim Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Hypers Guba" komandası 80 manat cərimə edilir (maddə 41);

8 sentyabr 2024-cü il tarixində 2-ci Liqanın 2-ci turunun "Şəmkir" - "Hypers Guba" oyununun 75-ci dəqiqəsində "Hypers Guba" komandasının 77 nömrəli futbolçusu Nicat Oruclu ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib azarkeşlərə qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanır, "Hypers Guba" komandası 350 manat cərimə edilir (maddə 43.5);

9 sentyabr 2024-cü il tarixində 2-ci Liqanın 2-ci turunun "Saatlı-Araz" - "Göygöl" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Saatlı-Araz" komandası 80 manat cərimə edilir (maddə 51.2);

9 sentyabr 2024-cü il tarixində 2-ci Liqanın 2-ci turunun "Saatlı-Araz" - "Göygöl" oyununda "Göygöl" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Göygöl" komandası 70 manat cərimə edilir (maddə 37);

9 sentyabr 2024-cü il tarixində 2-ci Liqanın 2-ci turunun "Saatlı-Araz" - "Göygöl" oyununun 83-cü dəqiqəsində "Göygöl" komandasının 32 nömrəli futbolçusu Elşən Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Göygöl" komandası 50 manat cərimə edilir (maddə 36.5);

9 sentyabr 2024-cü il tarixində 2-ci Liqanın 2-ci turunun "Kür-Araz" - "Şahdağ Qusar" oyunu "Kür-Araz" komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə "Kür-Araz" komandası 150 manat cərimə edilir (maddə 60.4).