Vüsalın 90 dəqiqə oynadığı matçda komandası 3 xal qazanıb - VİDEO

Vüsalın 90 dəqiqə oynadığı matçda komandası 3 xal qazanıb - VİDEO

Türkiyə 1-ci liqasında 20-cu turun oyunları başa çatıb.

Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" "Şanlıurfaspor"la qarşılaşıb və qalib gəlib - 1:0.

Vüsal matça start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib.

Bolu təmsilçisi bu nəticədən sonra 29 xalla 9-cu pillədə qərarlaşıb.