Ramil Şeydayevin komandası kubokda 1/8 finala vəsiqə qazanıb

Ramil Şeydayevin komandası kubokda 1/8 finala vəsiqə qazanıb

Tailand Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçu Ramil Şeydayevin heyətində çıxış etdiyi “Buriram Yunayted” səfərdə “Uttaradit”lə üz-üzə gəlib.

Buriram təmsilçisi 2:1 hesablı qələbə ilə 1/8 finala vəsiqə qazanıb.

Yunan baş məşqçi Artur Papas əsas heyətin bir neçə üzvünə bu matçda istirahət verib, o cümlədən Ramil Şeydayevə.