Ramos ÇL-də 140-a çatdı

Ramos ÇL-də 140-a çatdı

"Sevilya"nın təcrübəli müdafiəçisi Serxio Ramos UEFA Çempionlar Liqasında 140-cı oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, 37 yaşlı futbolçu turnir tarixində bu həddə çatan 10-cu oyunçu olub.

ÇL-in rekordu Kriştianu Ronalduya məxsusdur. Portuqaliyalı ulduz 183 matç keçirib.