DÇ-2022: VİDEO - Argentina lider oldu, Polşa 36 ildən sonra qrupdan çıxdı

DÇ-2022: VİDEO -  Argentina lider oldu, Polşa 36 ildən sonra qrupdan çıxdı

Dünya çempionatına Səudiyyə Ərəbistanına sensasion məğlubiyyətlə başlayan Argentina millisi qrupda son oyununu keçirib.

mediasport.az xəbər verir ki, Lionel Skaloninin komandası Polşa üzərində inamlı qələbə qazanaraq 1/8 finala lider kimi çıxıb.

Polyaklar isə çox baxımsız və keyifiyyətsiz oyun, paralel keçirilən Səudiyyə Ərəbistanı - Meksika duelinin də verdiyi müsbət effektlə son anda pley-offa vəsiqə qazandılar. Şimali Amerikalılar ərəblərə qalib gəlsələr də, 1 top artıq vura bilmədilər ki, mərhələ adlamağın sevincini yaşasınlar. Meksikalılar 1978-ci il mundialından bu yana ilk dəfə qrupda qaldılar. Son dəfə 1986-cı ildəki DÇ-də qrupdan çıxmış polşalılar bu sevinci 36 ildən sonra yaşadılar.

Çeslav Mixneviçi 1/8 finalda hazırkı Dünya çempionu Fransa gözləyir, Argentina isə Avstraliya yığması ilə qarşılaşacaq.