"Qarabağ"ın hansı futbolçusu Markus Rəşfordu geridə qoydu?
"Qarabağ"ın futbolçusu Kvabena Ovusu UEFA Avropa Liqasının qrup mərhələsində qapıya ən çox dəqiq zərbə vuran futbolçudur.
mediasport.az xəbər verir ki, 25 yaşlı hücumçu 5 qarşılaşmada 10 dəfə buna nail olub.
Qanalı forvard yalnız 2 qol vura bilib. Ovusu "Braqa"dan Vitor Oliveyra və "Mançester Yunayted"dən Markus Rəşfordu qabaqlayır. Hər iki oyunçu "çərviçəyə" 9 zərbə ilə yadda qalıb.
Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyev isə ən çox qurtarış edənlərdəndi. 28 yaşlı qolkiper 5 matçda 20 seyv edib. O, "Malmö"dənki həmkarı İsmael Diavara ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.