Sabiq "Real" və PSJ-lini almaq istəyən klublarımızın ADLARI "mediasport"da!

Sabiq "Real" və PSJ-lini almaq istəyən klublarımızın ADLARI "mediasport"da!

Madrid "Real"ı və PSJ-nin keçmiş hücumçusu Xese Rodriges karyerasını Azərbaycanda davam etdirə bilər.

Bugünlərdə "Ankaragücü" ilə yollarını ayıran forvarda Azərbaycan Premyer Liqasının iki klubundan dəvət göndərilib.

30 yaşlı ispan futbolçunu transfer etmək istəyən klublarımızın adları mediasport.az saytına məlumdur. Kifayət qədər nüfuzlu menecerdən aldığımız informasiyaya görə, ispanın xidmətində maraqlı klublardan biri "Sabah"dır. Xesenin yüksək ödənişli futbolçu olduğunu da nəzərə alsaq, maliyyəni qarşılaya biləcək daha iki təmsilçimiz qalır: "Qarabağ" və "Neftçi".

Pireneyli ölkəmizdən və başqa təklifləri götür-qoy edir.

Rodriges “Las Palmas”, “Betis”, “Stok Siti” və “Sportinq”də (Portuqaliya) də klublarında çıxış edib.