Medvedev "Neftçi" və "Qarabağ"ın transfer gündəmindən danışdı

Medvedev "Neftçi" və "Qarabağ"ın transfer gündəmindən danışdı

“Zenit”in baş direktoru Aleksandr Medvedev “Qarabağ” və “Neftçi”nin maraq dairəsində olan müdafiəçi Nurəli Aliplə bağlı yerli mətbuata açıqlama verib.

mediasport.az xəbər verir ki, Sankt-Peterburq klubunun rəsmisi komandada icarə əsasında forma geyinən Qazaxıstan millisinin üzvünün düşərgədən ayrılmaq ehtimalı haqda fikrini bildirib.

Medvedev bildirib ki, 22 yaşlı mərkəz müdafiəçisinin gələcək taleyi barədə bu yaxınlarda qərar veriləcək: “Alip "Zenit"dən konkret ayrılacaq kimi dəqiq bir məsələ yoxdur. Çünki son qərar hələ verilməyib. Tezliklə bu barədə rəsmi məlumat yayılacaq”.

Rusiya mətbuatı "Zenit"lə anlaşması bu ayın sonunda bitəcək və müqavilə ilə “Kayrat”a məxsus Nurəlini "Neftçi" və "Qarabağ"ın istədiyi ilə bağlı məlumat yayıb.