"Qarabağ"ın yeni transferləri "Gent"lə oyunlarda meydana çıxacaq?

"Qarabağ"ın yeni transferləri "Gent"lə oyunlarda meydana çıxacaq?

“Qarabağ”ın bugünlərdə heyətinə qatdığı Yassin Benzianın Konfrans Liqasının pley-off mərhələsinin “Gent”lə görüşlərində meydana çıxıb-çıxmayacağı məlum deyil.

mediasport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu barədə “CBC Sport” kanalına açıqlama verib. Təcrübəli mütəxəssis yeni transferlərin durumunu qiymətləndirib:

- “Gent”lə oyuna qədər minimum iki oyunçu tam istədiyimiz kimi hazır olacaq. Yassin Benzia komandaya gec qoşulub. Ola bilər ki, onun hazırlığı digərlərindən aşağıdır. Amma qarşıda hələ vaxtımız var. Həmin oyuna kimi hər şey bilinəcək.