RƏQİB: "Mərhələ adlamağımızın mümkün olduğu qrupdur"
AÇ-2024-ün seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqibi olacaq İsveç yığmasının baş məşqçisi Yanne Andersson püşkatmanı dəyərləndirib.
MediaSport.az xəbər verir ki, 60 yaşlı mütəxəssis yer aldıqları qrupdan razı qaldığını deyib.
“Beş komandalı qrup yaxşıdır. Bu o deməkdir ki, biz də yoldaşlıq görüşləri keçirəcəyik. Daha pis qrupa düşə bilərdik. Eyni zamanda, bundan da münasib qrup var idi. Məncə, bu, müəyyən mənada orta qrup sayılmalıdır. Çətin, amma mərhələ adlamağımızın mümkün olduğu qrupdur”.
"F" qrupundakı digər rəqiblərimiz Belçika, Avstriya və Estoniya milliləri olacaq.