AVRO-2024: Türkiyə milli komandasının ilkin heyəti açıqlandı
İyunun 14-də Almaniyada start götürəcək futbol üzrə Avropa çempionatına hazırlaşan Türkiyə milli komandasının ilkin heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, italyan baş məşqçi Vinçenso Montella genişləndirilmiş siyahıya 35 futbolçunun adını daxil edib.
9 oyunçu iyunun 7-dək heyətdən çıxarılacaq.
"Ay-ulduzlular" F qrupunda Çexiya, Gürcüstan və Portuqaliya ilə mübarizə aparacaqlar.
Qapıçılar: Altay Bayındır ("Mançester Yunayted", İngiltərə), Doğan Alemdar ("Trua", Fransa), Mert Günok ("Beşiktaş"), Uğurcan Çakır ("Trabzonspor");
Müdafiəçilər: Mert Müldür, Çağlar Söyüncü, Ferdi Kadıoğlu (hər üçü "Fənərbağça"), Zeki Çelik ("Roma", İtaliya), Abdülkerim Bardakçı ("Qalatasaray"), Ahmetcan Kaplan ("Ayaks", Nidelrland), Merih Demiral ("Əl-Əhli", Səudiyyə Ərəbistanı), Ozan Kabak ("Hoffenhaym", Almaniya), Samet Akaydın ("Panatinaikos", Yunanıstan), Cenk Özkacar ("Valensiya", İspaniya);
Yarımmüdafiəçilər: Berat Özdemir ("Trabzonspor"), Can Uzun ("Nürnberq", Almaniya), Hakan Çalhanoğlu ("İnter", İtaliya), İsmail Yüksek ("Fənərbağça"), Kaan Ayhan ("Qalatasaray"), Okay Yokuşlu ("Vest Bromviç", İngiltərə), Orkun Kökçü ("Benfika", Portuqaliya), Salih Özcan ("Borussiya" D., Almaniya);
Hücumçular: Abdülkadir Ömür ("Hall Siti", İngiltərə), İrfan Can Kahveci ("Fənərbağça"), Yunus Akgün ("Lester", İngiltərə), Kenan Yıldız ("Yuventus", İtaliya), Kerem Aktürkoğlu, Barış Alper Yılmaz (hər ikisi "Qalatasaray"), Oğuz Aydın ("Alanyaspor"), Arda Gülər ("Real" M., İspaniya), Bertuğ Yıldırım ("Renn", Fransa), Cenk Tosun, Semih Kılıçsoy (hər ikisi "Beşiktaş"), Enes Ünal ("Bornmut", İngiltərə), Yusuf Yazıcı ("Lill", Fransa).