6 Avropa çempionatında oynayan tək əfsanə - Kristiano Ronaldo!

 6 Avropa çempionatında oynayan tək əfsanə - Kristiano Ronaldo!

Dünya futbolunun canlı əfsanəsi Kristiano Ronaldo yarışın tarixinə düşüb.

Mediasport.az xəbər verir ki, 39 yaşlı superulduz Almaniyada təşkil olunan 17-ci qitə birinciliyinin final mərhələsində meydana çıxmaqla tarixdə 6 Avropa çempionatının əsas raundunda oynamış yeganə futbolçu ünvanına yiyələnib.

Forvardın komandası ilk tur çərçivəsində Çexiyaya qalib gəlib (2:1), Ronaldo 90 dəqiqə meydanda olub.

Xatırladaq ki, o, indiyədək ardıcıl 5 AÇ-də - 2004, 2008, 2012, 2016 və 2020-ci illərdə (2021-ci ildə baş tutub) keçirilmiş qitə çempionatlarında Portuqaliya millisinin formasını geyinib.

AVRO-2024 də daxil aktivində ümumilikdə 26 matç, 14 qol, 9 məhsuldar ötürmə var.

Ronaldo, həmçinin, Avropa çempionatları tarixində ən çox qol vuran futbolçudur.