"Çelsi"dən 60 milyonluq keçid - RƏSMİ
Geridə qalan mövsümü uğursuz başa vuran İngiltərənin “Çelsi” futbol klubu heyəti gücləndirməklə məşğuldur.
MediaSport.az xəbər verir ki, London təmsilçisi artıq ilk yay transferini rəsmiləşdirib.
"Zadəganlar" "Leypsiq"in hücumçusu Kristofer Nkunkunun keçidini həll ediblər. Britaniya təmsilçisi transfer müqabilində Almaniya klubuna 60 milyon avro ödəyib.
Fransa yığmasının 26 yaşlı forvardı yeni klubu 6 illik müqavilə imzalayıb, o, yeni komandasına iyulun 1-də qoşulacaq.