UEFA Millətlər Liqasında "Dördlər finalı"nın püşkü atıldı
UEFA Millətlər Liqasında "Dördlər finalı"nın püşkü atılıb.
mediasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə yarımfinal cütləri müəyyənləşib.
İspaniya yığması İtaliya millisi ilə qarşılaşacaq. Niderland millisinin rəqibi isə Xorvatiya futbolçuları olacaqlar. "Dördlər finalı" 14-18 iyun tarixlərində Niderlandın Rotterdam və Enshede şəhərlərində təşkil ediləcək.
İyunun 14-ü və 15-də yarımfinal, 18-də isə final görüşü keçiriləcək.