"Monako"da yeni baş məşqçi

"Monako"da yeni baş məşqçi

"Monako"nun yeni baş məşqçisi müəyyənləşib.

MediaSport.az xəbər verir ki, "knyazlıq klubu"nu Adi Hütter çalışdıracaq.

Avstriyalı mütəxəssislə 2025-ci ilin iyununa qədər müqavilə imzalanıb.  53 yaşlı çalışdırıcının son klubu Almaniyada Münhenladbax "Borussiya"sı olub.

“Monako” geridə qalan mövsüm Liqa 1-də 6-cı yeri tutmaqla, avrokuboklara vəsiqə qazana bilməyib.