Ronaldo ilə Messinin qarşılaşması üçün 2 milyon adam növbəyə durdu

Ronaldo ilə Messinin qarşılaşması üçün 2 milyon adam növbəyə durdu

PSJ ilə Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu arasında keçiriləcək yoldaşlıq oyununun biletləri bir neçə dəqiqəyə satılıb.

mediasport.az xəbər verir ki, iki canlı əfsanə - Lionel Messi və Kriştiano Ronaldonun qarşılaşacağı görüşə maraq gözləniləndən böyükdür.

Yanvarın 19-da paytaxt Ər-Riyadda oynanılacaq matçın biletləri satışa çıxarıldıqdan sonra 2 milyondan çox insan onlayn növbəyə durub.