Cəlal Hüseynovun komandası minimal hesablı qələbə qazanıb
Bolqarıstan Peşəkar Futbol Liqasında 20-ci turun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi "Arda" turu minimal hesablı qələbə ilə başa vurub.
Hüseynovun komandası səfərdə "Lokomotiv"i 1:0 hesabı ilə üstələyib. Cəlal matçın sonuna qədər mübarizə aparıb.
Xatırladaq ki, "Arda" hazırda ölkə çempionatının turnir cədvəlində 31 xalla 7-ci pillədə qərarlaşıb.