Azərbaycanlı Albaniya Superliqası klubunun məşqçisi təyin edildi
Azərbaycanlı məşqçi Rüfət Quliyev Albaniya Superliqasında işləyəcək.
Mediasport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis “Biliş” klubunun məşqçisi təyin edilib.
O, bigtünlərdə baş məşqçi postuna gətirilən albaniyalı Nevil Dedenin köməkçisi olacaq.
Quliyev əvəzedici komandanın baş məşqçisi vəzifəsini də yerinə yetirəcək.
Həmçinin, Albaniyanı UEFA Gənclər Liqasında təmsil edəcək U-19 komandası “Bilis”ə də rəhbərlik edəcək.
Xatırladaq ki, klubda azərbaycanlı hücumçu Amil YUnanov çıxış edir.