Rumıniyanın məşhur klubu Adrian Mutu ilə danışıqlara başlayır

Rumıniyanın məşhur klubu Adrian Mutu ilə danışıqlara başlayır

“Neftçi” futbol klubunun baş məşqçisi Adrian Mutu Azərbaycandan ayrıla bilər.

Mediasport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis karyerasını ölkəsinin məşhur ÇFR klubunda davam etdirmək imkanı qazanıb.

Kluj təmsilçisinin rəhbərliyi baş məşqçi Andrea Mandorlinini Mutu ilə əvəzləməyi planlaşdırır.

ÇFR-in prezidenti Nelu Varqa "ağ-qaralar"ın çalışdırıcısı ilə təmas keçməyə hazırlaşır.

Qeyd edək ki, Adrian Mutu avqustda “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.