"Sabah" Antalyada Polşa və Serbiya klubları ilə qarşılaşacaq

"Sabah" Antalyada Polşa və Serbiya klubları ilə qarşılaşacaq

“Sabah” qış fasiləsi üçün hazırlıq planı bəlli olub.

mediasport.az xəbər verir ki, komanda Türkiyədə toplanacaq.

Antalyanın Belek bölgəsində baş tutacaq təlim-məşq toplanışı yanvarın 7-də başlayacaq. “Sabah” yanvarın 12-də Polşanın “Varta” (Poznan), 18-də isə Serbiyanın “Voyvodina” klublarıyla yoxlama görüşlərində qüvvəsini sınayacaq.

Komanda yanvarın 19-da Bakıya qayıdacaq.