Karapetyanın Bakıda nə işi var?

Karapetyanın Bakıda nə işi var?

Voleybol üzrə qadınlardan ibarət Qazaxıstan millisinin keçmiş üzvü Kristina Karapetyan Bakıya gəlib.

Mediasport.az xəbər verir ki, 32 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Dənizkənarı Milli Parkdan video paylaşaraq Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib.

Moldovalı voleybolçu Bakıya şirkətlərdən birinin dəvəti ilə gəldiyini qeyd edib:

“Mənə xəbərdarlıq etmişdilər ki, Azərbaycanda soyadımla bağlı çətinliklər ola bilər. Amma olmadı. Təbəssüm, sülhsevərlik, nəzakət və hörmət insanların ürəyinə universal açardır. Yayda bura qayıtmaq istəyirəm”.

Kristina ilk həyat yoldaşı Dmitri Karapetyanın soyadını daşıyır.

O, 2007-ci ildə Rusiyanın gənclərdən, 2017-2020-ci illərdə isə Qazaxıstanın əsas yığmasında çıxış edib.

Karapetyan sonradan qazaxıstanlı voleybolçu Mixail Ustinovla ailə həyatı qurub.