"Zirə" Türkiyə toplanışında Rusiya Premyer Liqası klubuna uduzdu

"Zirə" Türkiyə toplanışında Rusiya Premyer Liqası klubuna uduzdu

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Zirə” ilk yoxlama oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Rusiyanın “Orenburq” klubu ilə qarşılaşıb.

Görüş rəqibin 2:1 hesablı qələbəsiylə başa çatıb. "Qartallar"ın qolunu yeni transfer Junior Martins vurub.