"Qarabağ"ın UEFA Çempionlar Liqasında rəqibi dəqiqləşdi
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın 2-ci təsnifat mərhələsində rəqibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, ağdamlıların rəqibi 1-ci raundun cavab görüşündə “Hamrun”u penaltilər seriyasında üstələyən Cəbəllütariq təmsilçisi "Linkoln" olub.
Ötən həftə səfərdə 1:0 hesabı ilə qalib gələn Cəbəllütariq çempionu doğma meydanda eyni nəticəyə üzülüb.
"Köhlən atlılar"ın ötənilki ÇL rəqibi "lotereya"larda mərhələ adlamağın sevincini yaşayıb.
Xatırladaq ki, Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək.
Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.
Bu komandalar ötən mövsüm ÇL-in 1-ci təsnifat mərhələsində qarşılaşıblar.
Cəbəllütariqdə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası Bakıda rəqibi darmadağın etmişdi - 4:0.