"Sabah" və "Neftçi"nin potensial rəqibləri çoxaldı - Konfrans Liqası

"Sabah" və "Neftçi"nin potensial rəqibləri çoxaldı - Konfrans Liqası

2023/2024-cü illər mövsümü üçün Azərbaycanı futbol üzrə UEFA Konfrans Liqasında təmsil edəcək "Sabah" və "Neftçi"nin II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı artıb.

mediasport.az xəbər verir ki, Rumıniya Kubokunu qazanan və bu mərhələdə səpələnməmişlər sırasında yer alacaq "Şepşi" "Neftçi"nin mümkün rəqiblərindən olacaq.

Yunanıstan təmsilçisi PAOK, Kipr klubu "Omoniya" da Konfrans Liqasına vəsiqə qazanıb. II təsnifat mərhələsində səpələnmişlər sırasında olacaq bu komandalar raundda "Sabah"la qarşılaşa bilərlər.

Konfrans Liqasının II təsnifat mərhələsinin püşü iyunun 21-də atılacaq.


UEFA Konfrans Liqası. II təsnifat mərhələsi


Səpələnmişlər:

Brügge (Belçika)

Gent (Belçika)

PAOK (Yunanıstan)

Makkabi (Təl-Əviv, İsrail)

Lex (Polşa)

Viktoriya Plzen (Çexiya)

Bude-Qlimt (Norveç)

Hapoel Beer-Şeva (İsrail)

Yurqorden (İsveç)

APOEL (Kipr)

Beşiktaş (Türkiyə)

Riyeka (Xorvatiya)

Styaua (Rumıniya)

Legiya (Polşa)

Rusenborq (Norveç)

Spartak Trnava (Slovakiya)

Omoniya (Kipr)

Neftçi (Azərbaycan)

KuPS (Finlandiya)

Osiyek (Xorvatiya)


Səpələnməmişlər:

Beytar (İsrail)

Hammarbü (İsveç)

Kalmar (İsveç)

Kaunas (Litva)

Poqon (Poloşa)

Zalaeqherseq (Macarıstan)

Keşkemeti (Macarıstan)

Şepşi (Rumıniya)

Borats (Bosniya və Herseqovina)

Sabah (Azərbaycan)

Ordabaşı (Qazaxıstan)

Aktobe (Qazaxıstan)

Çelye (Sloveniya)

Auda (Latviya)