Avrokuboklarda ən çox qol vuranlar arasında 6-cı klub - "QARABAĞ"
Cari mövsüm avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) ən çox qol vuran komandaların siyahısı açıqlanıb.
mediasport.az xəbər verir ki, Çempionlar Liqasının təsnifat mərhələlərindəki 8 oyununda 15 qol, Avropa Liqasının qrupunda keçirdiyi 6 görüşdə isə 9 qolla yadda qalan "Qarabağ" ilk “10-luq”da yer alıb.
Azərbaycan təmsilçisi “Top-50”nin açıqlandığı siyahının 6-cı pilləsində qərarlaşıb. Cədvələ 12 oyuna 30 qolla "Alkmaar" başçılıq edir. İsveçdən “Yurqorden” 27 qolla ikinci, “Başakşəhər" isə 26 qolla üçüncü yerdədir.
İlk "10-luq" belədir:
1."Alkmaar" (Niderland) – 12 oyun/30 qol
2.“Yurqorden” (İsveç) – 12/27
3.“Başakşəhər” (Türkiyə) – 12/26
4-5.“Balkani” (Kosovo) – 12/25
“Lex” (Polşa) – 12/25
6.“Qarabağ” (Azərbaycan) – 14/24
7-8.“Slaviya” (Çexiya) – 12/23
“Mölde” (Norveç) – 12/23
9.“Ferensvaroş” (Macarıstan) – 12/20
10.“Bazel” (İsveçrə) – 12/18