"Qarabağ”a qalib gəlmək üçün bütün gücümüzlə oynamalıyıq"
“Sabahkı matçda "Qarabağ”a qalib gəlmək üçün bütün gücümüzlə oynamalıyıq”.
Mediasport.az xəbər verir ki, bu sözləri İsveçin “Hekken” klubunun baş məşqçisi Per-Matias Höqmo deyib.
63 yaşlı norveçli mütəxəssis sabah UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşacaqları “Qarabağ”la matçdan öncə keçirilən mətbuat konfransında çıxış edib.
O, vurğulayıb ki, Azərbaycan çempionunun avrokuboklarda böyük təcrübəsi var: “Qarabağ” illərdir avrokuboklarda uğurla çıxış edir. Əminəm ki, sabah çox maraqlı qarşılaşma olacaq. Komandamızda yeni oyunçular var, bəzi futbolçular zədəsini sağaldaraq heyətə qoşulublar. Ev sahibi kimi özümüzü güclü və inamlı hiss edirik. “Qarabağ”ın Bakıda “Molde” ilə matçına baxmışıq, rəqibini çox yaxşı oyunla məğlub edib. Biz də doğma arenamızda ilk görüşümüzü keçirəcəyik. Kollektiv olaraq, özümüzü matça tam hazır sayırıq".
Sabah “Ullevi” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.