"Sabah" və “Qəbələ”nin məşqçiləri "Fənərbağça" akademiyasında
"Sabah" və “Qəbələ”nin məşqçiləri AFFA-nın təşkilatçılığı ilə Türkiyəyə yolanıblar.
Mediasport.az xəbər verir ki, Qəbələ təmsilçisinin U-19 komandasının baş məşqçisi Zaur Hacıyev, "Sabah"ın isə U-17 komandasının baş məşqçisi Saşa Yunisoğlu İstanbul nəhəngi “Fənərbağça”nın akademiyasında qonaq olublar.
Hər iki mütəxəssis akademiya ilə yaxından tanış olub, məşq prosesini izləyib. Gənc çalışdırıcılar Türkiyə milli komandasının sabiq hücumçusu, hazırda "Fənərbağça" akademiyasında işləyən Semih Şəntürklə də görüşüblər.