"Buraxdığımız səhvləri aradan qaldırmağa çalışacağıq"
Azərbaycan yığması qadınlar arasında ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində ilk görüşünü Kipr seçməsinə qarşı keçirib.
Mediasport.az xəbər verir ki, komandamız Bakıda qollu bərabərliyə razılaşıb - 1:1.
Yığmamızın baş məşqçisi Siyasət Əsgərov görüş haqqında fikirlərini bölüşüb. O, futbolçularımızın yaratdığı qol şanslarından istifadə edə bilmədiklərini deyib:
“İlk oyun həmişə çətin olur. Futbolçularda həyəcan var idi. Məqsədimiz qələbə qazanmaq idi. Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Rəqib də bizim bir səhvimizdan maksimum istifadə edib qol vurdu. Oyundan razı qaldığımı deyə bilmərəm. Növbəti oyunu səfərdə Monteneqro yığmasına qarşı keçirəcəyik. Bu görüşü analiz edib buraxdığımız səhvləri aradan qaldırmağa çalışacağıq. Psixoloji cəhətdən də yaxşı hazırlaşmalıyıq. Monteneqro tam fərqli bir komandadır, keyfiyyətli oyunçuları var. Məqsədimiz səfərdən xalla qayıtmaqdır”.