"Sabah"da oynamış ispaniyalı 2-ci Liqa klubuna yollanıb - RƏSMİ
2021-2022-ci illərdə icarə əsasında "Sabah"da forma geyinmiş Xuan Kamaranın yeni klubu məlum olub.
Mediasport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi vətənində Sequndada çıxış edəcək.
30 yaşlı yarımmüdafiəçi 2-ci Liqanın 3-cü qrupunda mübarizə aparan "Badalona Futur" klubu ilə 6 aylıq müqavilə bağlayıb.
Pireneyli Masazır təmsilçinin heyətində 19 oyun keçirib, 4 qolla yadda qalıb. O, Azərbaycanda oynayarkən Polşanın "Yagelloniya" klubuna məxsus idi.