Avrokuboklara çıxsalar, fantastik mükafat alacaqlar - YENİ SİSTEM
Qış fasiləsindən sonra yavaş-yavaş relsə düşən "Sabah"da futbolçuların mükafatlandırılması sistemində dəyişiklik edilib.
Mediasport.az saytına verilən məlumata görə, komanda üzvləri standart qaydada hər uğurlu matçdan sonra "premya" alırdısa, Krunoslav Renduliçin gəlişi ilə vəziyyət dəyişib.
Avrokubokların astanasında olan Masazır təmsilçisinin xorvat baş məşqçisinin rəhbərliklə anlaşmasına səasən, futbolçulara ümumi mükafat mövsümün sonunda veriləcək.
Təbii ki, komanda avrokuboklara vəsiqə əldə edərsə. Futbolçular vəzifənin öhdəsindən gəlsələr, fantastik məbləğ qazanacaqlar.
Klub prezidenti Maqsud Adıgözəlovun hər oyunçuya birdəfəlik 30 min manat mükafat vəd etdiyi deyilir.
Xatırladaq ki, "bayquşlar" mövsümün sonuna 5 tur qalmış 46 xalla 5-ci pillədə qərarlaşıblar və 2-ci yerdə gedən "Zirə"dən cəmi 3 xal geri qalırlar.