"Neftçi"nin vingeri Afrikaya gedir
"Neftçi"nin vingeri Alfa Konte Syerra Leone milli komandasına dəvət alıb.
Mediasport.az xəbər verir ki, 23 yaşlı futbolçu yığmasının iki yoldaşlıq görüşündə baş məşqçinin sərəncamında olacaq.
"Ağ-qaralar"ın bu qış transfer etdiyi cinah futbolçusu martın 22-də Sudan, 25-də isə Botsvana milliləri ilə qarşılaşmalarda forma geyinə bilər.
Kontenin "Neftçi" ilə müqaviləsi 2027-ci ilə qədərdir.