"Şamaxı"dan "Cəbrayıl"a 4 qol

"Şamaxı"dan "Cəbrayıl"a 4 qol

“Şamaxı” təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Ayxan Abbasovun komandası 2-ci Liqa təmsilçisi “Cəbrayıl”la qarşılaşıb.

Şamaxı şəhər stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsilə yekunlaşıb - 4:0.

Yeni transfer Conatan Benteke dubl edib, digər qolları Elşad Tağıyev və Adil Nağıyev vurublar.

Xatırladaq ki, Şamaxı klubu bunadək "Kəpəz" (2:1) və "Pelikan"la (5:0) keçirdiyi yoxlama matçlarında da qalib gəlib.