AFFA Azərbaycan çempionatında komanda sayını artırdı - RƏSMİ

AFFA Azərbaycan çempionatında komanda sayını artırdı - RƏSMİ

Futbol üzrə Azərbaycan II Liqasında komanda sayı artırılıb.

mediasport.az xəbər verir ki, məlumatı AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qurumun baş katibi Sərxan Hacıyev bildirib.

Onun sözlərinə görə, qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub və say 12-dən 14-ə çatdırılıb.

Hacıyev Daxili İşlər Nazirliyinin "Dinamo" və Qusarın "Şahdağ" kollektivlərinin turnirdə mübarizə aparacaqlarını vurğulayıb.

Qeyd edək ki, II Liqada, həmçinin, "Füzuli", "Göygöl", "Ağdaş", "Sportinq Baku", "Qusar", "Marxal Şəki", "Şəfa Baku", "Cəbrayıl", "Lerik", "Kürmük Qax", "Şəmkir" və "Kür-Araz" komandaları da iştirak edəcəklər.