"Sabah"dan ayrılan futbolçu Portuqaliya klubu ilə müqavilə bağladı
Ötən mövsümü "Sabah"da keçirmiş Abdulaye Banın yeni klubu müəyyənləşib.
MediaSport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.
Təcrübəli futbolçu 2-ci Liqa təmsilçisi "Tondela" ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Ba Masazır klubunda 22 oyun keçirib, 2 qol vurub.