Milli komandanın heyətinə yeni futbolçular cəlb edildi
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 18-də və 21-də Gürcüstanın Rustavi şəhərində bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
mediasport.az xəbər verir ki, oyunlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan yığmanın heyətində dəyişiklik edilib.
“Neftçi”nin üzvü Rüfət Abbasov toplanışda iştirak etməyəcək. Əvəzində “Neftçi”nin digər üzvləri İbrahim Piriyev, Nihad Əliyev və “Qarabağ”dan Uğur Səfərov heyətə cəlb olunub.