Məğlubedilməz "Bayer" rekordları qırmaqda davam edir - VİDEO

Məğlubedilməz "Bayer" rekordları qırmaqda davam edir - VİDEO

Futbol üzrə Almaniya Bundesliqasında 25-ci turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, UEFA Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın rəqibi "Bayer" növbəti qələbəsini rəsmiləşdirib.

Şabi Alonsonun rəhbərlik etdiyi Leverkuzen təmsilçisi Ağdam klubu ilə cavab görüşü öncəsi "Volfsburq"u sınağa çəkib.

Matçda 2:0 hesablı qələbə qazanan "əczaçılar" cari mövsüm bütün turnirlər daxil 36-cı qarşılaşmasında da məğlub olmamaqla çempionluq uğrunda daha bir addım atıblar.

Leverkuzenlilər 67 xalla 1-ci pillədə qərarlaşıblar, "Bavariya" liderdən 10 xal geri qalır.

"Bayer" - "Qarabağ" dueli martın 14-də keçiriləcək.

Komandalar arasında Bakıda baş tutmuş görüş 2:2 hesablı bərabərliklə başa çatıb.