"Zirə"nin "Şerif"lə matçlarını yayımlayacaq kanal müəyyənləşdi

"Zirə"nin "Şerif"lə matçlarını yayımlayacaq kanal müəyyənləşdi

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Zirə"nin "Şerif"lə (Moldova) oyunlarını canlı yayımlayacaq telekanal müəyyənləşib.

Mediasport.az saytına verilən məlumata görə, "CBC Sport" qəsəbə təmsilçisinin 1-ci təsnifat mərhələsi çərçivəsində "Liv Bona Dea Arena"da keçirəcəyi qarşılaşmanı (18 iyul, saat 20:00) canlı yayımlayacaq.

Telekanal iyulun 11-də, saat 21:00-da "Şerif" İdman Kompleksində baş tutacaq matçın canlı yayımını təşkil etmək üçün Moldova təmsilçisi ilə danışıqları davam etdirir.

Xatırladaq ki, "qartallar" Avropa Liqasında mübarizəni dayandırsa, Konfrans Liqasında oynayacaqları duellərin də yayım hüququ "CBC Sport"a məxsusdur.