UEFA-nın B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib

  UEFA-nın B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib.

Mediasport.az xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik ediblər.

Məşqçi kursunun I modulu avqustda keçirilib. III mərhələ 30 sentyabr - 3 oktyabr, IV mərhələ (imtahan həftəsi) 4-8 noyabrda baş tutacaq.