"Sabah"dan ayrılan Mikelsin yeni komandası müəyyənləşdi - FOTO

"Sabah"dan ayrılan Mikelsin yeni komandası müəyyənləşdi - FOTO

“Sabah”dan ayrılan Coy-Lens Mikelsin Səudiyyə Ərəbistanının hansı klubunda oynayacağı dəqiqləşib.

mediasport.az saytına verilən məlumata görə, almaniyalı forvard "Əl-Faysalı" klubunda çıxış edəcək.

29 yaşlı futbolçunun Harma şəhərini təmsil edən 1-ci Liqa Liqa klubu ilə sabah müqavilə bağlayacağı bildirilib.

Forvardın agenti İşık Mehdi də bu barədə "vatsapp" hesabında paylaşım edib, hekayə bölümünə məhz "Əl-Faysalı" klubunun ofisindən şəkil yerləşdirib.