"Qarabağ"dan azarkeşlərə müraciət

"Qarabağ"dan azarkeşlərə müraciət

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə “Hekken”lə üz-üzə gələcək “Qarabağ” azarkeşlərə müraciət edib.

Mediasport.az xəbər verir ki, komandanı tribunadan dəstəkləmək istəyən fanatlar biletləri oyun günü yerli vaxtla saat 19:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi “Ullevi” stadionunda 8-ci qapının qarşısından ala bilərlər.

Tərəfdarlardan şəxsiyyət vəsifəqəsini təsdiq edən sənədi özləri ilə götürməsi tələb olunub. Biletlərin qiyməti 22 avrodur.

Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq “Hekken” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.