"Qarabağ"ın 6 futbolçusu Premyer Liqanın ən reytinqli oyunçularıdır
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) daxili futbol birinciliklərində matçlar zamanı meydanda ən böyük təsir qüvvəsinə malik oyunçular haqqında statistik araşdırma aparıb.
Mediasport.az xəbər verir ki, təşkilatın tərtib etdiyi siyahıda cari mövsüm 54 ölkənin milli çempionatlarında iştirak edən futbolçular yer alıblar.
Reytinq siyahısı futbolçuların 6 zonadakı çıxışları, meydanda olduqları dəqiqələr və əldə etdikləri nəticələrə əsasən hazırlanıb.
Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular arasında ən yaxşı göstərici “Qarabağ”ın üzvlərinə məxsusdur.
Azərbaycan Premyer Liqasından ibarət reytinqin ilk 6 sırasını "Qarabağ"lılar "zəbt ediblər". Son çempionun heyətindən 9 oyunçu siyahıya düşüb.
Birinci pillədə ağdamlıların yarımmüdafiəçisi Leandro Andrade qərarlaşıb. Ümumilikdə 1854 dəqiqə meydanda olmuş kabo-verdeli legionerin reytinqi 57,4-ə bərabərdir.
Azərbaycana aid "20-liy"in sonuncusu "Zirə"li Salifu Sumadır.
Qeyd edək ki, bu göstəricilərə görə dünyanın ən yaxşısı İngiltərənin "Mançester Siti" klubunun formasını geyinən Rodridir - 98,5.
Azərbaycan Premyer Liqasında ən çox təsir qüvvəsinə malik 20 futbolçu
1. Leandro Andrade (“Qarabağ”) – 57,4
2. Toral Bayramov (“Qarabağ”) – 56,8
3. Olavio Juninyo (“Qarabağ”) – 54,0
4. Julio Romao (“Qarabağ”) – 53,7
5. Abdullah Zubir (“Qarabağ”) – 53,1
6. Yassin Benzia (“Qarabağ”) – 52,6
7. Con İrasabal (“Sabah”) – 52,1
8. Yuri Matias (“Neftçi”) – 51,2
9. Emin Mahmudov (“Neftçi”) – 50,9
10. Pyer Zebli (“Zirə”) – 49,8
11. Nəriman Axundzadə (“Qarabağ”) – 49,4
12. Amin Seydiyev (“Sabah”) – 49,2
13. Ruan Renato (“Zirə”) – 48,6
14. Mateus Silva (“Qarabağ”) – 47,8
15. Rövlan Muradov (“Sumqayıt”) – 47,5
16. İsa Suliman (“Sumqayıt”) – 47,2
17. Sofian Çakla (“Sabah”) - 47,2
18. Roi Kehat (“Sumqayıt”) – 46,3
19 . Boyan Letiç (“Sabah”) – 46,2
20. Salifu Suma (“Zirə”) – 46,2