"Sabah"ın baş məşqçisi Murad Musayev azarkeşlərə müraciət etdi
"Sabah" klubunun baş məşqçisi Murad Musayev azarkeşlərə müraciət edib.
mediasport.az xəbər verir ki, rusiyalı mütəxəssis tərəfdarları Bakıda Serbiya "Partizan"ına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda komandasına dəstək olmağa çağırıb.
“Hörmətli azarkeşlər. Bir neçə ildir eyni arzu ilə yaşayırdıq - avrokuboklara vəsiqə qazanmaq. Klubun hər bir əməkdaşı ev oyunumuzu doğma meydanımızda keçirmək üçün böyük iş gördü. Sizin də dəstəyinizlə bundan öncə evdə keçirdiyimiz çətin matçda geridönüş edərək tarixi qələbə qazandıq. Biz bunun öhdəsindən gələ bildik. Qarşılığında əldə etdiklərimiz isə tamamilə qiymətsizdir. Dəstəyiniz möhtəşəm idi. İndi bizi doğma meydanda "Partizan"a qarşı daha bir tarixi oyun gözləyir. Dəstəyiniz böyük təsirə malikdir. Gəlin, "Sabah"a dəstək olun. Yolunuzu gözləyirik”, - deyə o qeyd edib.
Qeyd edək ki, avqustun 10-da "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.